Yurçeviç: "Azərbaycan millisi üçün 3 gün ərzində 2 oyun keçirmək asan deyil"

Futbol 10.06.2019 19:57
Yurçeviç: "Azərbaycan millisi üçün 3 gün ərzində 2 oyun keçirmək asan deyil"
146 Dəfə oxunub
Milli komandamızın baş məşqçisi Nikola Yurçeviç bu gün mətbuat konfransı keçirib. Xorvatiyalı mütəxəssis əvvəlcə komandadakı durumdan söz açıb: "İki oyun arasında çox qısa vaxt var idi. Macarıstanla oyunun nəticəsi bizi məyus etdi". Komanda ilə söhbət etmişik. Çətin oyun olacaq. Slovakiya çox yaxşı, maraqlı komandadı. Aparıcı klublarda çıxış edən böyük oyunçuları var. Buna baxmayaraq, oyun bizim üçün çox önəmlidi. Hər kəs sabahkı görüşü səbirsizliklə gözləyir".

Yurçeviç Slovakiya ilə matçda nəticənin müsbət olacağına ümid etdiyini deyib: "Ümid edirəm ki, müsbət nəticə olacaq. Bizim reytinqimiz dünya sıralamasında 108-cidi. Hər bir komandaya qalib gələ bilərik. Real olmaq lazımdı. Rəqibdən asılı olmayaraq, hər görüşdə xallar qazanmağa çalışacağıq. Oyunçularım hər zaman meydanda əlindən gələni edir. Bəzən heç-heçə edəcək, bəzən qələbə qazanacağıq. Sabahkı oyunla bağlı nikbinəm. Qələbə üçün əlimizdən gələni edəcəyik.

Millimizin baş məşqçisi sabahkı oyunda heyətdə müəyyən dəyişikliklərin olacağını bildirib: "Azərbaycan millisi üçün 3 gün ərzində 2 oyun keçirmək asan deyil. Komanda buna öyrəşməyib. Zədəli oyunçular var. Futbolçuların fiziki durumunu da izləyəcəm. Macarıstana qarşı çətin oyun oldu. Qət edilən məsafə baxımından heç də geri qalmadıq. Sadəcə, nəticədə geri qaldıq. Heyətdə müəyyən dəyişiklik olacaq. Ancaq indidən ad çəkmək istəmirəm.