"Neftçi" "Qəbələ"nin daha bir futbolçusunu transfer etdi

Futbol 10.06.2019 20:07
"Neftçi" "Qəbələ"nin daha bir futbolçusunu transfer etdi
256 Dəfə oxunub
“Neftçi” növbəti transferini reallaşdırıb. Rauf Əliyevlə 1 illik müqavilə imzalanıb. 30 yaşlı hücumçu yeni komandasında 19 nömrəli formada oynayacaq.

Bunadək “Qarabağ” (2006-2013), “Bakı” (2013-2014), “Xəzər Lənkəran” (2014), “İnter” (2015-2017), “Kukesi” (Albaniya, 2017-2018), “Qəbələ” (2018-2019) klublarında çıxış etmiş Əliyev 2015-ci ildə “Neftçi”nin heyətində 11 oyunda meydana çıxıb. 2009-cu və 2019-cu illərdə Azərbaycan Kubokunun qalibi olub. Milli komandanın heyətində 45 oyun keçirib, 7 qol vurub.

Xatırladaq ki, “Neftçi” bundan əvvəl serbiyalı müdafiəçi Voislav Stankoviçlə 2 il müddətinə müqavilə bağlamışdı.