Millimiz Slovakiyaya qarşı

Futbol 11.06.2019 13:03
Millimiz Slovakiyaya qarşı
334 Dəfə oxunub
Milli komandamız bu gün Avro-2020-nin seçmə mərhələsində 3-cü oyununa çıxacaq.

Yığmamız "Bakcell Arena"da Slovakiya millisini qəbul edəcək. Qrupda keçirdiyi ilk iki oyunda Xorvatiya və Macarıstana uduzan komandamız bu gün ilk xalını qazanmağa çalışacaq. Baş məşqçi Nikola Yurçeviçin Macarıstanla görüşdən fərqli bu dəfə heyətdə bəzi dəyişiklər edəcəyi gözlənilir.

E qrupunun digər oyununda isə 3 gün əvvəl Bakıda millimizi məğlub edən (3:1) Macarıstan evdə Uelsi qəbul edəcək.

Xal durumu: Xorvatiya - 6 (3 oyun), Uels - 3 (2), Slovakiya - 3 (2), Azərbaycan - 0 (2)

11 iyun

Avro-2020-nin seçmə mərhələsi

E qrupu

20:00. Azərbaycan - Slovakiya
Hakimlər: Con Biton, Alan Malvenni, Sin Karr, Donald Robertson (hamısı Şotlandiya)
Bakı. "Bakcell Arena"

22:45.Macarıstan - Uels