Fonseka "Roma"nın baş məşqçisi oldu

Futbol 11.06.2019 14:59
Fonseka "Roma"nın baş məşqçisi oldu
404 Dəfə oxunub
Paulu Fonseka "Roma"nın baş məşqçisi təyin olunub. Portuqaliyalı mütəxəssislə 2 illik müqavilə bağlanıb.

Mozambik əsilli məşqçi bundan əvvəl 3 il  Donetsk "Şaxtyor"unda işləyib. Bu müddətdə o 3 dəfə Ukrayna çempionu olub və 3 dəfə ölkə kubokunu qazanıb.

Fonseka əvəllər "Portu", "Pasuş de Ferreyra" və "Braqa" klublarını da çalışdırıb.