AFFA İcraiyyə Komitəsinin təcili iclası keçirildi

Futbol 12.06.2019 13:01
AFFA İcraiyyə Komitəsinin təcili iclası keçirildi
351 Dəfə oxunub
Avro-2020-nin seçmə mərhələsində keçirilmiş Azərbaycan – Slovakiya oyunundan sonra “Bakcell Arena”da AFFA-nın İcraiyyə Komitəsinin təcili toplantısı keçirilib.

AFFA-nın rəsmi saytının yaydığı məlumata görə, milli komandamızın baş məşqçisi Nikola Yurçeviçin də dəvət olunduğu iclasda yığmamızın son iki oyunda göstərdiyi uğursuz nəticələr müzakirə olunub. Baş məşqçi hər iki qarşılaşma ilə əlaqədar İcraiyyə Komitəsinə qısa hesabat verib və bildirilib ki, yaxın günlərdə ətraflı hesabat təqdim olunacaq.

İcraiyyə Komitəsinin ümumi rəyi belə olub ki, Azərbaycan milli komandasına dəvət olunan futbolçular üzərlərinə düşən məsuliyyəti dərk etməli, bütün oyunlarda var gücləri ilə mübarizə aparmalı, heç bir halda imkanlarından aşağı səviyyədə çıxış etməməlidirlər.