Jezniçak "Visla" ilə müqavilə bağladı

Futbol 12.06.2019 13:04
Jezniçak "Visla" ilə müqavilə bağladı
156 Dəfə oxunub
"Qarabağ"dan ayrılan Yakub Jezniçakın yeni klubu müəyyənləşib.

Polşalı müdafiəçi karyerasını ölkəsinin "Visla"(Plotsk)  klubunda davam etdirəcək. 32 yaşlı futbolç ilə 1+1 illik müqavilə imzalanıb. O, yeni klubunda 25 nömrəli forma ilə çıxış edəcək.

Qeyd edək ki, "Visla" ötən mövsüm Polşa Ekstraklasını 14-cü sırada başa vurub.  Əvvəllər isə Jezniçak Varşava "Legiya"sında 13 il çıxış edib.  

Xatırladaq ki, Jezniçakın "Neftçi"yə keçə biləcəyi iddia olunurdu.