"Real" daha bir transferini açıqladı

Futbol 13.06.2019 12:26
"Real" daha bir transferini açıqladı
240 Dəfə oxunub
“Real Madrid” növbəti transferini rəsmiləşdirib. Kral klubu Fransanın “Olimpik” (Lion) klubundan Ferland Mendini heyətinə qatıb. Bu barədə klubun rəsmi saytı məlumat yayıb.

24 yaşlı futbolçu 2025-ci ilə qədər Madrid klubunun şərəfini qoruyacaq.

Mendinin təqdimat mərasimi gələn həftə “Santyaqo Bernabeu” stadionunda keçiriləcək.

Fransalı futbolçu geridə qalan mövsümdə Lion klubu ilə 44 oyuna çıxıb, 3 qol vurub, 3 məhsuldar ötürmə müəllifi olub.

“Real” daha öncə Eden Hazard, Luka Yoviç, Eder Militao və Rodriqonu da transfer etmişdi.