Ruslan Abışov "Sabah"la müqavilə bağladı

Futbol 13.06.2019 16:21
Ruslan Abışov "Sabah"la müqavilə bağladı
170 Dəfə oxunub
"Neftçi"dən ayrılan Ruslan Abışovun yeni klubu bəlli olub. Təcrübəli müdafiəçi "Sabah" komandası ilə 2 illik müqavilə bağlayıb.

Futbolçu karyerasına “Neftçi”də başlayan Abışov, daha sonra “Xəzər Lənkəran”, “Qəbələ”, “İnter” və Rusiyanın “Rubin” klubunun uğurları üçün çalışıb.

Ruslan  Abışov milli komandamızda 55 oyunda 4 qol vurub.