Trezeqe: "Bu təcrübə AVRO-2020-də Bakıya çox kömək edəcək"

Futbol 14.06.2019 12:32
Trezeqe: "Bu təcrübə AVRO-2020-də Bakıya çox kömək edəcək"
231 Dəfə oxunub
Fransa milli komandasının sabiq hücumçusu David Trezeqe Rusiya mətbuatına geniş müsahibə verib. O, müsahibəsində AVRO-2020 haqqinda da danışıb:
"Avro-2020-nin final mərhələsində bizi maraqlı təcrübə gözləyir. Çünki 12 ev sahibindən bəziləri hələ yüksək səviyyədə futbolla tanış olmayan ölkələrdir. Onların bu böyük yarışın bir hissəsi olmaq imkanı qazanması çox yaxşıdır".

Trezeqe  turnirin 4 oyunun Bakıya salınmasına da münasibət bildirib:

"Düzdür, Avroliqanın finalı ilə bağlı bir çox tənqidlər oldu. Amma məncə, bunun böyük hissəsi təşkilati məsələlərlə bağlı idi. Çünki stadion özü çox gözəl və genişdir. Bu, Bakının ilk belə təcrübəsi idi. İlklər nadir hallarda ideal olur. Əlbəttə, Azərbaycan Avropa hissəsindən bir az kənarda yerləşir. Ancaq bu təcrübə Bakıya Avro-2020-də çox kömək edəcək".

Qeyd edək ki, Avropa çempionatında qrup mərhələsinin 3, 1/4 finalın isə 1 oyunu Bakı Olimpiya Stadionunda keçiriləcək.