AFFA Gəncədə süni örtüklü meydança salır

Futbol 21.06.2019 15:17
AFFA Gəncədə süni örtüklü meydança salır
188 Dəfə oxunub
Futbol infrastrukturunun inkişafı məqsədi ilə AFFA tərəfindən daha bir layihənin icrasına start verilir.

İyunun 24-dən etibarən Gəncə şəhər stadionunun ərazisində AFFA-nın maliyyə vəsaiti hesabına süni örtüklü standart ölçülərə malik (105x68m) məşq meydançanın inşası başlayacaq.

Tikinti işləri bütövlükdə AFFA tərəfindən həyata keçiriləcək. “Kəpəz” klubu ilə yanaşı, uşaq futbol komandaları da süni örtüklü meydançadan yararlana biləcək.

Xatırladaq ki, Gəncə şəhər stadionunun əsas meydanının da təbii ot örtüyü 2017-ci ildə AFFA tərəfindən inşa olunub.