"Qarabağ" ilk yoxlama oyununda uduzdu

Futbol 23.06.2019 13:14
"Qarabağ" ilk yoxlama oyununda uduzdu
222 Dəfə oxunub
Avstriyada təlim-məşq toplanışında olan "Qarabağ" ilk yoxlama oyununa keçirib.

Ağdam klubu Bolqarıstan çempionu  “Ludoqorets”lə qarşılaşıb. Oyun Qurban Qurbanovun komandasının 0:2 hesablı məğlubiyyəti ilə başa çatıb.

Qeyd edək ki, “Qarabağ” Avstriyada daha 3 yoxlama oyunu keçirəcək. Azərbaycan çempionu iyunun 25-də Rumıniyanın “Krayova”, 28-də Rusiyanın “Ufa” və iyulun 2-də Çexiyanın “Viktoriya” klubları ilə də qarşılaşacaq.

"Qarabağ" - "Ludoqorets" (Bolqarıstan) - 0:2
Qollar: Marselinyo, 17, D. Bakalov, 71

Qurban Qurbanov oyundan sonra bu görüşün çox faydasının dəyəcəyini deyib: "Bəzi futbolçular 45, bəziləri 60 dəqiqə oynadı. Abbas Hüseynov və Rahil Məmmədov 90 dəqiqə meydanda oldular. Komandamdan razı qaldım. Toplanışın ilk mikrotsiklini belə oyunla başa vurmaq bizim üçün faydalı oldu. Normal oyun keçdi.Baxmayaraq ki, Avstriyada ilk oyunumuz idi, istərdik ki, ilk rəqibimiz bir az asan olsun, bugünkü rəqibimiz yetəri qədər güclü idi".