"Qarabağ"da 3 illik müqavilə

Futbol 24.06.2019 13:12
"Qarabağ"da 3 illik müqavilə
248 Dəfə oxunub
"Qarabağ" yeni mövsümün ilk transferini rəsmiləşdirib. Ağdam təmsilçisi ispaniyalı Xayme Romero Rodrigeslə 3 illik müqavilə imzalayıb. Yeni transfer komandada 9 nömrəli formanı geyinəcək.

Xayme klubun rəsmi saytına açıqlamasında təəssüratlarını bölüşüb: "Bura mənim üçün yeni təcrübədi. Ümid edirəm ki, hər şey istədiyim kimi olacaq. Təbii ki, klub haqqda məlumat toplamışam. Azərbaycanın ən önəmli komandasına gəldiyimi bilirəm. “Qarabağ”ın son illərdə ardıcıl Azərbaycan çempion olması, avrokuboklarda qrup mərhələsində iştirak etməsi, həmçinin klubun idarəetməsində olan peşəkarlıq qərarıma müsbət təsir göstərdi. Özüm də artıq oyunları səbirsizliklə gözləyirəm, həm öz bacarığımı göstərim, həm də oyunumla komandama kömək edim.

Belə güclü komandada bir mövqe uğrunda rəqabətin olması normaldı. Futbolçu gəldikdə bu rəqabətə hazır olur. Rəqabət isə həm futbolçunun, həm də komandanın inkişafına təkan verir. Cəmi 2 həftə istirahətim olub, fiziki cəhətdən özümü yaxşı hiss edirəm. “Partizani”ylə oyuna qədər digər komanda yoldaşlarım kimi olmasa da, istənilən səviyyədə olmaq üçün tam gücümlə çalışacam. Azarkeşlərin mənə olan inamını doğrultmaq üçün əlimdən gələni edəcəm".

Karyerasına “Albasete”də başlayan 28 yaşlı futbolçu həmçinin “Saraqosa”, “Real”ın B komandası, İtaliyanın “Bari” və “Udineze” kimi klublarının şərəfini qoruyub. “Deportivo Luqo”da icarədə oynayan Xayme son olaraq ölkəsinin "Kordoba" klubunda çıxış edib.