"Sperantsa" - "Neftçi" matçının başlama saatı açıqlandı

Futbol 24.06.2019 16:25
"Sperantsa" - "Neftçi" matçının başlama saatı açıqlandı
241 Dəfə oxunub
"Neftçi"nin Avropa Liqasının I təsnifat mərhələsində "Sperantsa" ilə ilk oyununun başlama saatı müəyyənləşib. UEFA-nın saytının verdiyi xəbərə görə, iyulun 11-də Moldovanın paytaxtı Kişinyovda təşkil ediləcək qarşılaşma Bakı vaxtı ilə 21:00-da start götürəcək.

Komandalar arasında cavab oyunu isə 1 həftə sonra Bakıda olacaq.

Qeyd edək ki, bu cütün qalibi II təsnifat mərhələsində "Arsenal"la (Rusiya) qarşılaşacaq.