"Partizani" - "Qarabağ" oyununun başlama saatı müəyyənləşdi

Futbol 25.06.2019 13:05
"Partizani" - "Qarabağ" oyununun başlama saatı müəyyənləşdi
687 Dəfə oxunub
"Qarabağ"ın Çempionlar Liqasının I təsnifat mərhələsində "Partizani" ilə keçirəcəyi ilk görüşün başlama saatı müəyyənləşib.

UEFA-nın saytının məlumatına görə, iyulun 10-da Tiranada təşkil olunacaq qarşılaşmanın start fiti Bakı vaxtı ilə saat 19:30-da veriləcək. Bu komandalar arasında cavab matçı isə bir həftə sonra paytaxtımızda olacaq.

Qeyd edək ki, bu cütün qalibi II təsnifat mərhələsində "Dundalk" (İrlandiya) - "Riqa" (Latviya) cütünün qalibi ilə üz-üzə gələcək.