Avropa Liqası: "Neftçi"nin cavab matçının da vaxtı bilindi

Futbol 25.06.2019 13:33
Avropa Liqası: "Neftçi"nin cavab matçının da vaxtı bilindi
262 Dəfə oxunub
"Neftçi"nin Avropa Liqasının 1-ci təsnifat mərhələsində Moldovanın "Sperantsa" klubu ilə cavab oyununun da vaxtı məlum olub.

UEFA-nın rəsmi saytının verdiyi xəbərə görə, iyulun 18-də Bakıda keçiriləcək qarşılaşma saat 21:00-da başlayacaq. Görüş "Bakcell Arena"da olacaq.

Qeyd edək ki, komandalar arasında ilk matç iyulun 11-də Kişinyovda keçiriləcək və həmin oyun da Bakı vaxtı ilə 21:00-da start götürəcək.

Bu cütün qalibi 2-ci təsnifat mərhələsində Rusiyanın "Arsenal" (Tula) klubu ilə üz-üzə gələcək.