"Sabah" afrikalı yarımmüdafiəçi ilə anlaşdı

Futbol 27.06.2019 13:49
"Sabah" afrikalı yarımmüdafiəçi ilə anlaşdı
133 Dəfə oxunub
Cənubi Afrika Respublikasının (CAR) “Kayzer Çifs” klubunun futbolçusu Hendrik Eksteyn karyerasını Azərbaycanda davam etdirəcək.

28 yaşlı yarımmüdafiəçi “Sabah”la razılıq əldə edib. CAR-lı oyunçu müqavilə bağlamaq üçün bu axşam Bakıya gələcək.

“Sabah” mövsüm başa çatandan sonra Cavid Tağıyev (“Sumqayıt”), Kevin Kubemba (“Səbail”), Ruslan Abışov, Məhəmməd Mirzəbəyov (hər ikisi “Neftçi”) və Bəhlul Mustafazadə (“Qəbələ”) ilə müqavilə bağlayıb.

2014-cü ildən “Kayzer Çifs”də çıxış edən Hendrik ötən mövsüm 19 oyunda meydana çıxıb və cəmi bir dəfə fərqlənib.