Qvineya millisinin üzvü "Sabah"da

Futbol 27.06.2019 14:36
Qvineya millisinin üzvü "Sabah"da
145 Dəfə oxunub
Transfer çalışmalarını davam etdirən “Sabah” heyətini yeni futbolçu ilə gücləndirib. Klubun saytının məlumatına görə, Qvineya əsilli fransalı futbolçu Amadu Diallo bundan sonra bakılıların uğurları üçün çalışacaq.

25 yaşlı hücumçu ilə 2 illik müqavilə bağlanıb. Diallo karyerası ərzində “Monako B” (Fransa), “Namur” (Belçika), “Vayt Star” (Belçika), “Serkl Brügge” (Belçika) klublarında oynayıb. O, son mövsümdə Fransanın “Red Star” klubunda çıxış edib. Amadu Qvineya millisinin U-23 komandasının da üzvü olub.

Qeyd edək ki, "Sabah" buna qədər Cavid Tağıyev, Kevin Kubemba, Ruslan Abışov, Məhəmməd Mirzəbəyov və Bəhlul Mustafazadəni heyətinə cəlb edib.