"Mançester Siti"dən rekord transfer

Futbol 04.07.2019 17:25
"Mançester Siti"dən rekord transfer
206 Dəfə oxunub
"Mançester Siti" "Atletiko"nun futbolçusu Rodriqo Ernandesin transferini açıqlayıb. 23 yaşlı yarımmüdafiəçi ilə 5 illik müqavilə imzalanıb.

Bu transfer Mançester klubu üçün rekord məbləğə başa gəlib. Qvardiolanın komandası Rodriyə görə, "Atletiko"ya 70 milyon avro ödəyib.

Rodri Ernandes "Atletiko"ya ötən ilin yayında "Vilyarreal"dan 20 milyon avroya keçmişdi. Bu mövsüm İspaniya çempionatında 34 oyunda meydana çıxan futbolçu 3 qol vurub.