"Sperantsa" - "Neftçi" oyunu CBC Sport-da!

Futbol 09.07.2019 15:31
"Sperantsa" - "Neftçi" oyunu CBC Sport-da!
558 Dəfə oxunub
"Sperantsa" və "Neftçi" arasında keçiriləcək Avropa Liqasının I təsnifat mərhələsinin ilk oyunu canlı yayımlanacaq.

Iyulun 11-də Kişinyovdakı "Zimbru" stadionunda saat 21:00-da start götürəcək matçı CBC Sport telekanalından izləyə bilərsiniz.

Həmin gün "Səbail" və Rumıniyanın "Universitatya" (Krayova) komandaları arasında keçiriləcək görüş isə CBC International telekanalında canlı yayımlanacaq.

Həmin oyun saat 20:00-da başlanacaq.

Qeyd edək ki, "Qarabağ"ın Albaniyada "Partizani" ilə iyulun 10-da keçirəcəyi Çempionlar Liqasının I təsnifat mərhələsinin ilk görüşünü də CBC Sport ekranlara gətirəcək. Matç Bakı vaxtı ilə saat 19:30-da start götürəcək.