"Zirə" klubunun prezidenti istefa verdi

Futbol 09.07.2019 16:26
"Zirə" klubunun prezidenti istefa verdi
232 Dəfə oxunub
"Zirə" klubunun prezidenti Natiq İsmayılov istefa verib. Bu barədə klubun rəsmi facebook səhifəsi məlumat yayıb. İsmayılov 2015-ci ildən "Zirə" klubunda çalışırdı.

Qeyd edək ki, "Zirə" ötən mövsümdə Azərbaycan çempionatında 5-ci yeri tutaraq, avrokuboklara vəsiqə qazana bilməmişdi.