Rəhim Həsənov Avropa Liqasının oyununu idarə edəcək

Futbol 09.07.2019 19:10
Rəhim Həsənov Avropa Liqasının oyununu idarə edəcək
378 Dəfə oxunub
Azərbaycanlı hakimlər UEFA Avropa Liqasının oyununu idarə edəcəklər. I təsnifat mərhələsinin cavab oyunları çərçivəsində iyulun 18-də keçiriləcək “Spartak Trnava” (Slovakiya) – “Radnik Bijeljina” (Bosniya və Herseqovina) qarşılaşmasının baş hakimi FIFA referisi Rəhim Həsənov olacaq.

Ona yan xətt hakimləri Namiq Hüseynov və Mübariz Haşımov kömək edəcəklər. Dördüncü hakim funksiyasını Elçin Məsiyev yerinə yetirəcək.