Çempionlar Liqası: "Astana" qalib gəldi, "Srvena Zvezda" Litvada büdrədi

Futbol 10.07.2019 12:14
Çempionlar Liqası: "Astana" qalib gəldi, "Srvena Zvezda" Litvada büdrədi
210 Dəfə oxunub
UEFA Çempionlar Liqasında I təsnifat mərhələsinə start verilib.

İlk oyun günündə 8 görüş keçirilib. “Qəbələ”nin sabiq baş məşqçisi Roman Qriqorçukun rəhbərlik etdiyi “Astana” Rumıniyanın  ÇFR Kluj  klubunu məğlub edib - 1:0. qəbul edib.

Çempionlar Liqası

I təsnifat mərhələsi, ilk oyunlar

9 iyul

“Astana” (Qazaxıstan) – ÇFR (Kluj, Rumıniya) - 1:0
Qol: E.Postnikov, 68

“Ararat” (Ermənistan) - AİK (İsveç) - 2:1
Qollar: Avetisyan, 3 (1:0), Obasi, 39 (1:1), Avetisyan, 45 (2:1)

HİK (Finlandiya) – “HB Torshavn” (Farer adaları) - 3:0
Qollar: Lappalaynen, 21, Şauqnessi, 42, Lappalaynen, 66

“Nımme Kalyu” (Estoniya) – “Şkendiya” (Makedoniya) - 0:1
Qol: İbrahimi, 81

“Sarayevo” (Bosniya və Herseqovina) – “Seltik” (Şotlandiya) - 1:3
Qollar: M. Oremus, 29 (1:0), M. Constoun, 35 (1:1), O. Eduard, 51 (1:2), S. Sinkleyr, 85 (1:3)

“Düdelanj” (Lüksemburq) – “Valetta” (Malta) - 2:2
Qollar: A. Bettayeb, 26 (1:0), D. Stoulz, 45 (2:0), D. Paker, 64 (2:1), C. Börq, 70 (2:2)

“Suduva” (Litva) – “Srvena Zvezda” (Serbiya) - 0:0

TNS (Uels) – “Ferronikeli” (Kosovo) - 2:2
Qollar: Q. Draper, 49 (1:0), A. Edvards, 77 (2:0), M. Zeka, 89 (1:2), A. Fazli, 90 (2:2)