"Qarabağ" "Partizani"yə qarşı

Futbol 10.07.2019 14:19
"Qarabağ" "Partizani"yə qarşı
930 Dəfə oxunub
Bu gün “Qarabağ” Çempionlar Liqasında mübarizəyə başlayır.

Azərbaycan çempionu Albaniyada "Partizani" klubu ilə qarşılaşacaq. Paytaxt Tiranadakı Selman Stermasi adına stadionda Bakı vaxtı ilə saat 19:30-da başlayacaq matç “CBC Sport”la canlı yayımlanacaq.

Xatırladaq ki, Ağdam klubu ötən mövsüm ÇL-in II tənsifat mərhələsində Albaniya çempionu “Kukesi”ni mübarizədən kənarlaşdırıb (0:0, 3:0).

“Partizani” axırıncı 2 mövsümdə Avropa Liqasında I təsnifat mərhələsində mübarizəni dayandırıb. Komanda müvafiq olaraq Bolqarıstanın “Botev” və Sloveniyanın “Maribor” klublarına uduzub.

Qeyd edək ki, bu komandalar arasında cavab oyunu bir həftə sonra Bakıda keçiriləcək. Ağdam təmsilçisi “Partizani”ni üstələyəcəyi təqdirdə, II təsnifat mərhələsində “Dundalk” (İrlandiya) / “Riqa” (Latviya) cütünün qalibi ilə qarşılaşacaq. “Köhlən atlar” Albaniya çempionunu keçə bilməsələr, Avropa Liqasının II təsnifat mərhələsində “Şerif” (Moldova) / “Saburtalo” (Gürcüstan) cütünün güclüsü ilə üz-üzə gələcəklər.


Çempionlar Liqası

I təsnifat mərhələsi, ilk oyunlar

10 iyul

19:30. “Partizani” (Albaniya) – “Qarabağ” (Azərbaycan)

Baş hakim: Torvaldür Arnason

Yan xətt hakimləri: Yohann Qunnar Qudmundsson və Andri Vigfusson

Dördüncü hakim: Pyotr Qudmundsson (hamısı İslandiya)

Hakim-inspektor: Konrad Plautz (Avstriya)

UEFA nümayəndəsi: Tammo Beishuizen (Hollandiya)

Tiranada. Selman Stermasi adına stadion