"Neftçi" və "Səbail" ilk oyunlarına çıxırlar

Futbol 11.07.2019 12:21
"Neftçi" və "Səbail" ilk oyunlarına çıxırlar
364 Dəfə oxunub
Bu gün UEFA Avropa Liqasında 1-ci təsnifat mərhələsinin ilk oyunları keçiriləcək. "Neftçi" səfərdə Moldovanın "Sperantsa" komandası ilə qarşılaşacaq.

Saat 21:00-da başlayacaq oyun CBC Sport-la canlı yayımlanacaq.

Qeyd edək ki, bu komandalar arasında cavab görüşü iyulun 18-də Bakıda keçiriləcək. Mərhələni adlayan komanda Tula "Arsenal"ı ilə üz-üzə gələcək.

Avropa Liqasındakı digər təmsilçimiz "Səbail" isə Bakıda Rumıniyanın "Universitatya Krayova" klubunu qəbul edəcək. "Bayıl Arena"da olacaq bu oyun saat 20:00-da start götürəcək və CBC İnternational TV ilə canlı yayımlanacaq.