"Qəbələ" "Vorskla"ya uduzdu

Futbol 11.07.2019 15:31
"Qəbələ" "Vorskla"ya uduzdu
686 Dəfə oxunub
Türkiyədə təlim-məşq toplanışında olan “Qəbələ” bu gün növbəti yoxlama oyununu keçirib.

“Qırmızı-qaralar” Boluda Ukraynanın  “Vorskla” klubu ilə qarşılaşıb və 1:3 hesabı ilə uduzublar.  Əyalət təmsilçisinin yeganə qolunu 41-ci dəqiqədə Ülvi İsgəndərov vurub. Qeyd edək ki, İsgəndərov "Qəbələ"nin Ukraynanın digər təmsilçisi "Mariupol"la yoxlama matçında (2:1) da fərqlənmişdi.

Xatırladaq ki , "Vorskla" ötən mövsüm Premyer Liqani 7-ci pillədə tamamlayıb.