"Səbail" ilk oyunda uduzdu

Futbol 11.07.2019 22:59
"Səbail" ilk oyunda uduzdu
304 Dəfə oxunub
Avropa Liqasında 1-ci təsnifat mərhələsinin oyunları davam edir.

"Səbail” "Bayıl Arena"da Rumıniyanın "Universitatya Krayova" klubunu qəbul edib. Avrokuboklarda debüt edən komandamız rəqibinə 2:3 hesabı ilə uduzub. "Səbail"in heyətində hər iki qolu Ağabala Ramazanov vurub.  

Qeyd edək ki, cavab oyunu iyulun 18-də Rumıniyada keçiriləcək.

11 iyul

Avropa Liqası, I təsnifat mərhələsi

İlk oyunlar

"Səbail" (Azərbaycan) - "Universitatya" (Krayova, Rumıniya) - 2:3
Qollar: Mateyu, 13 (0:1), Ağabala Ramazanov, 33 (1:1), Banku, 51 (1:2), Roman, 67 (1:3), Ağabala Ramazanov, 82 (2:3)
Baş hakim: Fyodor Zammit (Malta)