"Neftçi"nin avrokuboklarda ilk böyük hesablı səfər qələbəsi

Futbol 12.07.2019 12:54
"Neftçi"nin avrokuboklarda ilk böyük hesablı səfər qələbəsi
179 Dəfə oxunub
Neftçi" avrokuboklarda tarixi nailiyyətə imza atıb.

Bakı klubu  ilk dəfə səfərdə böyük hesablı qələbə qazanıb. Bu, Avropa Liqasının I təsnifat mərhələsində Moldovada "Sperantsa" ilə ilk oyuna təsadüf edib - 3:0. Ümumilikdə isə bu, "Neftçi"nin böyük hesabla qalib gəldiyi ikinci avrokubok matçı olub. Daha əvvəl "ağ-qaralar" 2012-2013 mövsümündə Çempionlar Liqasının II təsnifat mərhələsində Bakıda Gürcüstan "Zestafoni"sini eyni hesabla  məğlub edib.

Qeyd edək ki, "Neftçi" "Sperantsa" ilə cavab görüşünü iyulun 18-də "Bakcell Arena"da keçirəcək.