Rəşad Sadıqov 300-cü oyununu keçirdi

Futbol 12.07.2019 16:12
Rəşad Sadıqov 300-cü oyununu keçirdi
122 Dəfə oxunub
Qarabağ”ın kapitanı Rəşad Sadıqov komandasının heyətində 300-cü oyununu keçirib.

Bu Çempionlar Liqasının I təsnifat mərhələsində "Partizani" ilə ilk oyununa təsadüf edib.

Tiranadakı qarşılaşma 37 yaşlı müdafiəçinin “Qarabağ”da 300-cü matçı olub. “Qarabağ”da 2009-cu ildə debüt edən Sadıqov klub tarixində 300 və daha çox oyun keçirən 9-cu futbolçu olub.

Onadək yalnız 8 oyunçu bunu bacarıb. Peşəkar klub kimi 1987-ci ildə qeydiyyatdan keçən “Qarabağ”ın regional turnirlər nəzərə alınmamaqla, rəsmi matçlarda ən çox oyuna çıxan futbolçusu isə Maksim Medvedevdir. Albaniyadakı qarşılaşma onun üçün 405-ci olub. Karyerasını Ağdam klubunda davam etdirən daha bir oyunçu – Qara Qarayev də “300”ü arxada qoyanlar arasındadır. “Doqquzluq”da yeganə legioner Ansi Aqollidir.