La Liga: yeni mövsümə Bilbaoda start veriləcək

Futbol 12.07.2019 17:45
La Liga: yeni mövsümə Bilbaoda start veriləcək
448 Dəfə oxunub
İspaniya La Liqasının 2019/20-ci il mövsümü üçün ilk 3 turunun təqvimi açıqlanıb.

La Liqanın rəsmi saytının xəbərinə görə, yeni mövsüm avqustun 16-da start götürəcək. “Atletik” öz meydanında son çempion “Barselona”nı qəbul edəcək. Turun qalan oyunları isə 17, 18 və 19 avqust tarixlərində keçiriləcək. “Atletiko” öz meydanında “Xetafe” ilə, “Real” isə səfərdə “Selta” ilə qarşılaşacaq.

La Liqanın ikinci turunun oyunları 23-26 avqust, üçüncü turunun oyunları isə 30 avqust-1 sentyabr tarixlərində keçiriləcək.


La Liqa

2019-20 mövsümü, I tur

16 avqust

23:00. "Atletik" - "Barselona"

17 avqust

19:00. "Selta" - "Real"

21:00. "Valensiya" - "Real Sosyedad"

23:00. "Vilyarreal" - "Qranada"

23:00. "Leqanes" - "Osasuna"

18 avqust

19:00. "Alaves" - "Levante"

21:00. "Espanyol" - "Sevilya"

23:00. "Atletiko" - "Xetafe"

19 avqust

22:00. "Malyorka" - "Eybar"

00:00. "Betis" - "Valyadolid"