Avro-2020-nin bilet satışında rekord

Futbol 15.07.2019 17:02
Avro-2020-nin bilet satışında rekord
278 Dəfə oxunub
Avro-2020 üçün bilet satışının ilkin mərhələsində rekord qeydə alınıb.

UEFA-nın rəsmi saytı xəbər verir ki, qitə futbol qurumuna 19 milyon 300 min müraciət olunub.  Buna qədər rekord Avro-2016-ya təsadüf etmişdi. Həmin vaxt çempionatın başlamasından əvvəl bilet üçün 11 milyon müraciət qeydə alınmışdı.

Xatırladaq ki, Avro-2020-nin final mərhələsi gələn il 12 iyun - 12 iyul aralığında 12 şəhərdə - Bakı, London, Münhen, Roma, Buxarest, Budapeşt, Kopenhagen, Dublin, Bilbao, Qlazqo, Amsterdam və Sankt-Peterburqda keçiriləcək.