"Qarabağ" İrlandiyaya gedəcək

Futbol 18.07.2019 01:20
"Qarabağ" İrlandiyaya gedəcək
820 Dəfə oxunub
"Qarabağ" Çempionlar Liqasının 1-ci təsnifat mərhələsinin cavab oyununa çıxıb.

Ağdam klubu "Dalğa Arena"da "Partizani"ni qəbul edib.  Tiranadakı ilk matçda qolsuz bərabərə qalan Qurban Qurbanovun komandası bu dəfə 2:0 hesabı ilə qalib gələrək növbəti mərhələyə yüksəlib. "Qarabağ"ın heyətində Ozobiç və Dani Kintana fərqlənib.

"Qarabağ"  2-ci  mərhələdə İrlandiyanın "Dandalk" klubu ilə qarşılaşacaq.  İrlandiya təmsilçisi  Latviya "Riqa"sı ilə görüşüb. . Sözügedən komandalar arasında cavab görüşünün əsas vaxtında ilk matçda olduğu kimi hesab açılmayıb. Buna görə əlavə vaxta ehtiyac duyulub. Burada da qol vurulmadığı üçün qalib penaltilər seriyasında müəyyənləşib. 5:4 qalib gələn İrlandiya komandası növbəti mərhələyə yüksəlib.