"Neftçi" "Sperantsa"ya, "Səbail" “Universitatya Krayova”ya qarşı

Futbol 18.07.2019 12:47
"Neftçi" "Sperantsa"ya, "Səbail" “Universitatya Krayova”ya qarşı
526 Dəfə oxunub
Bu gün Avropa Liqasında 1-ci təsnifat mərhələsinə yekun vurulacaq.

“Neftçi” "Bakcell Arena"da Moldovanın “Sperantsa” klubunu qəbul edəcək. Səfərdə 3 cavabsız qolla qalib gələn “ağ-qaralar” növbəti mərhələyə yüksəlmək üçün böyük üstünlük əldə edib. Qeyd  edək ki, mərhələni adlayan tərəf Rusiya “Arsenal”ı (Tula) ilə qarşılaşacaq. Saat 21:00-da başlayacaq oyun CBC İnternational Tv ilə canlı yayımlanacaq.

Digər təmsilçimiz "Səbail" isə Rumıniyada "Universitatya Krayova" klubu ilə qarşılaşacaq. Bakıdakı görüşdə 2:3 hesabı ilə uduzan "Səbail"i səfərdə çətin oyun gözləyir. Saaat 20:00-da start götürəcək oyun CBC Sport-la təqdim olunacaq.