De Liqt rəsmən "Yuve"də

Futbol 18.07.2019 12:54
De Liqt rəsmən "Yuve"də
277 Dəfə oxunub
"Yuventus" "Ayaks"ın müdafiəçisi Matteys De Liqtin transferini rəsmən açıqlayıb.  Turin klubu 19 yaşlı futbolçu ilə 5 illik müqvilə bağlayıb - 2024-cü ilin yayına kimi.  İtaliya təmsilçisi bu transferə görə, 75 milyon avro xərcləyib.

De Liqt A seriyasının ən çox əmək haqqı alan müdafiəçisi olacaq. Hollandiyalı futbolçu ildə 12 milyon avro qazanacaq.

O, ötən mövsüm "Ayaks"ın heyətində müxtəlif turnirlərdə 55 oyunda meydana çıxıb. De Liqt 7 qol vurub və 4 məhsuldar ötürmə verib.