“Dandolk”unun baş məşqçisi: "Qarabağ”ın avrokuboklarda qrup mərhələsinin daimi iştirakçısı olması bizə oyuna köklənməkdə kömək ola bilər"

Futbol 18.07.2019 17:03
“Dandolk”unun baş məşqçisi: "Qarabağ”ın avrokuboklarda qrup mərhələsinin daimi iştirakçısı olması bizə oyuna köklənməkdə kömək ola bilər"
1011 Dəfə oxunub
“Qarabağ”ın Çempionlar Liqasının II təsnifat mərhələsindəki rəqibi İrlandiya “Dandolk”unun baş məşqçisi Vinni Pert Azərbaycan çempionu ilə bağlı fikirlərini bildirib: "Qarabağ”ın avrokuboklarda qrup mərhələsinin daimi iştirakçısı olması bizə oyuna köklənməkdə kömək ola bilər. Bu, bir qədər fərqli matçlar olacaq”.

İrlandiya klubunun köməkçi məşqçisi "Qarabağ“ın Albaniya “Partizani”sini Bakıda 2 cavabsız qolla məğlub etdiyi görüşü tribunadan izləyib: “Stiven O`Donnel orada idi. Həmçinin rəqibin son 2 oyununun videosuna baxmışıq. İrəli gedə bilsək, çox yaxşı imkanımız olacaq. Alınmasa, mübarizəni Avropa Liqasında davam etdirəcəyik. Özümüzə şans vermişik. Sübut etməli olduğumuz çox şey var. Layiq olduğumuz mövqeyə yavaş, amma düzgün getməyimiz bizi ilhamlandırır. Özümüzü 2016-cı ildəki komanda ilə müqayisə etmək istəmirəm. Bizim bir qədər fərqli heyətimiz var”.

Qeyd edək ki, “Qarabağ” “Dandolk”la iyulun 24-də səfərdə, 31-də isə evdə qarşılaşacaq.