"Səbail" mübarizəni dayandırdı, "Neftçi" "Arsenal"la qarşılaşacaq

Futbol 19.07.2019 10:50
"Səbail" mübarizəni dayandırdı, "Neftçi" "Arsenal"la qarşılaşacaq
269 Dəfə oxunub
UEFA Avropa Liqasında I təsnifat mərhələsinə yekun vurulub. "Səbail" Rumıniyada da "Universitatya Krayova" klubuna 2:3 hesabı ilə uduzaraq, mübarizəni dayandırıb.

Azərbaycan təmsilçisinin heyətində ilk matçda olduğu kimi bu dəfə də Ağabala Ramazanov mükəmməl təsir bağışlayıb. O, gözəl qol vurmaqla yanaşı, Dilan Duventrunun fərqləndiyi epizodda komanda yoldaşına əla ötürmə də verib.

"Neftçi" isə Moldovanın "Sperantsa" komandasını darmadağın edib - 6:0. "Ağ-qaralar"ın heyətində Platelas dubl edib. Digər qolları Emin Mahmudov, Dario Federiko, Monroz və gənc İsmayıl Zülfüqarlı vurub.

Paytaxt klubu növbəti mərhələdə Rusiyanın "rsenal" (Tula) klubu ilə qarşılaşacaq. İlk oyun iyulun 25-də Tulada, cavab görüşü isə avqustun 1-də Bakıda olacaq.