"Qəbələ"nin rəqibi və ilk matçın başlanma saatı bilindi

Futbol 19.07.2019 15:10
"Qəbələ"nin rəqibi və ilk matçın başlanma saatı bilindi
902 Dəfə oxunub
2019-2020-ci illər mövsümündə UEFA Avropa Liqasında mübarizə aparacaq “Qəbələ”nin ilk rəqibi və oyunun başlama saatı müəyyənləşib. Mübarizəyə II təsnifat mərhələsindən başlayacaq “qırmızı-qaralar” Gürcüstanın “Dinamo” klubu ilə görüşəcək. Tbilisi komandası I təsnifat mərhələsində “Enqordani”ni (Andorra) mübarizədən kənarlaşdırıb – 6:0, 1:0.

Təmsilçimiz ilk oyununu iyulun 25-də Qəbələ şəhər stadionunda keçirəcək. Oyun 19:00-da start götürəcək. Cavab görüşü isə avqustun 1-də səfərdə olacaq.

Xatırladaq ki, “Qəbələ” 2015-2016-cı illər mövsümündə bu rəqiblə qarşılaşıb. UEFA Avropa Liqasının I təsnifat mərhələsinin səfər oyununda 1:2 hesabı ilə uduzan komandamız evdə iki cavabsız qolla qalib gələrək mərhələ adlayıb.