Əlcəzair Afrika Millətlər Kubokunu qazandı

Futbol 20.07.2019 13:25
Əlcəzair Afrika Millətlər Kubokunu qazandı
179 Dəfə oxunub
Afrika Millətlər Kubokunun qalibi müəyyənləşib. Final matçında Əlcəzair və Seneqal milli komandaları üz-üzə gəliblər. Oyunun taleyini bir qol həll edib. Bunedjahın 2-ci dəqiqədə vurduğu qol Əlcəzairə qələbə gətirib.

Əlcəzair 2-ci dəfədir bu kuboku qazanır. Şimali afrikalılar  ilk dəfə 1990-cı ildə Afrika Millətlər Kubokunun qalibi olub.