"Arsenal" "Neftçi" ilə oyunlara 22 futbolçu sifariş etdi

Futbol 23.07.2019 14:11
"Arsenal" "Neftçi" ilə oyunlara 22 futbolçu sifariş etdi
768 Dəfə oxunub
“Arsenal” Avropa Liqasının II təsnifat mərhələsində “Neftçi” ilə keçiriləcək oyunlar üçün sifariş vərəqini UEFA-ya təqdim edib. Baş məşqçi İqor Çerevçenko siyahıya 22 futbolçunun adını daxil edib.

"Neftçi" ilə görüşlərdə onun ixtiyarında 3 qapıçı, 8 müdafiəçi, 7 yarımmüdafiəçi və 4 hücumçu olacaq.

Qapıçılar: 1. Artur Niqmatullin, 36. Mixail Levaşov, 50. Yeqor Şamov

Müdafiəçilər: 6. Maksim Belyayev, 8. Gia Qriqalava, 9. Kirill Kombarov, 13. Maksim Volodko, 14. Anri Xaquş, 21. Viktor Alvares, 26. Bakari Kone, 71. Aleksandr Denisov

Yarımmüdafiəçilər: 11. Sergey Tkaçev, 20. Qoran Kauşiç, 22. Daniil Lesoviy, 23. İqor Qorbatenko, 28. Vladislav Panteleyev, 29. Lamek Banda, 70. Georgi Kostadinov

Hücumçular: 10. Evans Kanqva, 17. Quram Acoyev, 30. Aleksandru Tudorie, 48. Yevgeni Lutsenko.

Qeyd edək ki, "Arsenal"la "Neftçi" arasında ilk oyun iyulun 25-də Tulada keçiriləcək və "CBC Sport"la canlı yayımlanacaq.