"Udineze"nin oyunçusu "Qarabağ"dan təklif alıb

Futbol 25.07.2019 14:29
"Udineze"nin oyunçusu "Qarabağ"dan təklif alıb
745 Dəfə oxunub
Ölkəmizi UEFA Çempionlar Liqasında təmsil edən "Qarabağ" komandası heyətinə yeni qapıçı cəlb etməyi planlaşdırır.

"La Gazzetta dello Sport"un verdiyi xəbərə görə, Ağdam təmsilçisi İtaliyanın "Udineze" klubunun qapıçısı Simone Skuffetlə maraqlanır.

Məlumatda qeyd olunur ki, 23 yaşlı italiyalı qolkiper "Qarabağ"ın təklifini nəzərdən keçirir. O, qarşıdakı günlərdə transferi ilə bağlı qərar verəcək.

Müqavilə ilə "Udineze"yə məxsus olan Simone Skuffet icarə əsasında ölkəsinin "Komo" və Türkiyənin "Kasımpaşa" klununun formasını geyinib. O, İtaliya millisinin U-17, U-18, U-19 və U-21 komandalarının da şərəfini qoruyub.