"Neftçi" qələbə ilə dönür, "Qəbələ" məyus oldu

Futbol 26.07.2019 10:33
"Neftçi" qələbə ilə dönür, "Qəbələ" məyus oldu
344 Dəfə oxunub
"Qəbələ" və "Neftçi" komandaları UEFA Avropa Liqasında II təsnifat mərhələsinin ilk oyununu keçiriblər.

"Qırmızı-qaralar" bu mövsüm qitəmiqyaslı turnirdə ilk matça çıxıblar. Rəqib Gürcüstanın "Dinamo" (Tbilisi) komandası olub. Qəbələ şəhər stadionunda keçirilən qarşılaşma qonaqların 2:0 hesablı qələbəsi ilə yekunlaşıb.

"Qəbələ" - "Dinamo" cütünün qalibi növbəti mərhələdə Hollandiya "Feyenoord"u ilə üz-üzə gələcək.

"Neftçi" isə Rusiyada "Arsenal"la üz-üzə gəlib. Tula şəhərindəki "Arsenal" mərkəzi stadionunda təşkil olunan matçın taleyini bir qol həll edib. Dario Federiko təmsilçimizin vətənə qələbə ilə qayıtmasında rol oynayıb.

"Arsenal" - "Neftçi" cütünün qalibi Avropa Liqasının III təsnifat mərhələsində İsrail "Bney Yehuda"sı ilə qarşılaşacaq.