"Qarabağ" "Dandolk"u 3 cavabsız qolla keçdi

Futbol 01.08.2019 09:38
"Qarabağ" "Dandolk"u 3 cavabsız qolla keçdi
410 Dəfə oxunub
“Qarabağ” UEFA Çempionlar Liqasında növbəti oyununu keçirib. Ağdam klubu 2-ci təsnifat mərhələsi çərçivəsində İrlandiya çempionu “Dandolk”la cavab matçına çıxıb.

Bu komandalar arasında bir həftə öncə Dandolkda keçirilmiş ilk qarşılaşma 1:1 hesabıyla başa çatmışdı. “Dalğa Arena”DA keçirilən oyun Azərbaycan çempionunun qələbəsiylə yekunlaşıb. Təmsilçimiz rəqibi 3 cavabsız qolla məğlub edib.

“Qarabağ” növbəti mərhələdə Kiprin APOEL komandası ilə qarşılaşacaq. “Dandolk” isə Avropa Liqasının 3-cü təsnifat mərhələsində Slovakiya “Slovan”ı ilə mübarizə aparmalı olacaq.

UEFA Çempionlar Liqası

II təsnifat mərhələsinin cavab oyunu

"Qarabağ" - "Dandolk"  - 3:0
Qollar: X.Romero, 12; 87. A.Silva, 76.
Hakimlər: Sveyn Moen, Maqnus Lundberq və İsaak Başevkin, Siqurd Krinqstad (hamısı Norveç).
Hakim-inspektor: Sabri Çelik (Türkiyə).
UEFA nümayəndəsi: Adonis Prokopiou (Kipr).
Mərdəkan. “Dalğa Arena”.