"Qəbələ" mübarizəni dayandırdı, "Neftçi" növbəti mərhələdə

Futbol 02.08.2019 11:28
"Qəbələ" mübarizəni dayandırdı, "Neftçi" növbəti mərhələdə
319 Dəfə oxunub
UEFA Avropa Liqasında 2-ci təsnifat mərhələsinə yekun vurulub. Rusiyanın “Arsenal” klubu ilə mübarizə aparan “qırmızı-qaralar” Tula təmsilçisi ilə doğma meydanda üz-üzə gəlib. Səfərdə minimal hesabla qalib gələn Roberto Bordinin yetirmələri Bakıda 3 cavabsız qolla qələbə qazanaraq mərhələ adlayıb.

Qeyd edək ki, "Neftçi" III təsnifat mərhələsində İsrailin "Bney Yehuda" komandası ilə qarşılaşacaq. İlk matç avqustun 8-də Bakıda, cavab görüşü isə 15-də Təl Əvivdə olacaq.

Gürcüstanın paytaxtı Tbilisidə isə "Dinamo" və "Qəbələ" komandaları qarşılaşıb. Boris Payçadze adına "Dinamo" stadionunda təşkil olunmuş matç meydan sahiblərinin qələbəsi ilə yekunlaşıb - 3:0. "Qəbələ" evdə olduğu kimi, səfərdə də uduzaraq, mübarizəni dayandırıb.