Azərbaycan Premyer Liqası: yeni mövsümün püşkü atılır

Futbol 05.08.2019 12:24
Azərbaycan Premyer Liqası: yeni mövsümün püşkü atılır
511 Dəfə oxunub
Bu gün futbol üzrə Azərbaycan Premyer Liqasında 2019/2020 mövsümünün püşkatma mərasimi keçiriləcək.

AFFA-nın inzibati binasında təşkil olunacaq tədbir saat 15:00-da başlanacaq.

Mərasimə Peşəkar Futbol Liqasının prezidenti Ramin Musayev və klub nümayəndələri qatılacaqlar. Ötən mövsüm olduğu kimi, çempionat eyni komandaların iştirakı ilə keçiriləcək. Bunlar "Qarabağ", "Neftçi", "Səbail", "Qəbələ", "Zirə", "Sumqayıt", "Sabah" və "Keşlə"dir.

Püşkatmada 28-ci ölkə çempionatının ilk turunun cütləri müəyyənləşəcək. Mövsümün tam təqvimi isə bir neçə gündən sonra açıqlanacaq.

Qeyd edək ki, yeni mövsümə avqustun 16-da start veriləcək.