"Qarabağ" "Ayaks"la qarşılaşa bilər

Futbol 05.08.2019 14:15
"Qarabağ" "Ayaks"la qarşılaşa bilər
745 Dəfə oxunub
Bu gün Çempionlar Liqasında  pley-off mərhələsinin püşkü atılıb.

UEFA-nın Nyondakı mənzil qərargahında keçirilən tədbirdə 3-cü mərhələdə mübarizə aparacaq APOEL - “Qarabağ” cütünün qalibinin potensial rəqibləri də müəyyənləşib.

Səpələnməmişlər səbətində yer alan cütün qalibi  PAOK (Yunanıstan) - "Ayaks" (Hollandiya) cütünün güclüsü ilə qarşılaşacaq.

Qeyd edək ki, pley-off mərhələsinin oyunları avqustun 20-21-də və 27-28-də keçiriləcək.