Premyer Liqamızda yeni mövsümün püşkü atıldı

Futbol 05.08.2019 15:34
Premyer Liqamızda yeni mövsümün püşkü atıldı
708 Dəfə oxunub
Azərbaycan Premyer Liqasında 2019/20 mövsümünün püşkü atılıb.

Mərasim AFFA-nın inzibati binasında baş tutub. Püşkatmaya 8 komanda qatılıb və 28-i ölkə çempionatının ilk turunun cütlükləri müəyyənləşib.

Mövsümün tam təqvimi bir neçə gündən sonra açıqlanacaq.

8 klubun dairəvi sistemlə dörd dövrədə mübarizə aparacağı yarışın ilk turunun oyunları 16-18 avqustda keçiriləcək.

I tur

"Neftçi" - "Sabah"
"Səbail"  - "Zirə"
"Qəbələ" - "Sumqayıt"
"Keşlə" - "Qarabağ"