"Neftçi"nin potensial rəqibi müəyyənləşdi

Futbol 05.08.2019 15:41
"Neftçi"nin potensial rəqibi müəyyənləşdi
934 Dəfə oxunub
Bu gün UEFA Avropa Liqasının pley-off mərhələsinin püşkü atılıb.

Qitə futbol qurumunun Nyondakı qərargahında keçirilən tədbirdə Avroliqadakı təmsilçisimiz "Neftçi"nin də pley-offdakı potensial rəqibi məlum olub.

"Ağ-qaralar" 3-cü mərhələdə İsrailin "Bney Yehuda" klubunu mübarizədən kənarlaşdırsa, pley-offda "Malmö" (İsveç) - "Zrinski" (Bosniya və Qerseqovina) cütünün qalibi ilə qarşılaşacaq.

Çempionlar Liqasında “Qarabağ”ın Kipr APOEL-i ilə III təsnifat mərhələsindəki cütünün mümkün rəqibi də dəqiqləşib. Ağdamlıların cütündə uduzan komanda Avropa Liqasında "Sutyeska" (Monteneqro) – “Linfild" (Şimali İrlandiya) cütünün qalibi ilə üz-üzə gələcək.

Qeyd edək ki, Avropa Liqasında pley-off mərhələsinin oyunları avqustun 22-də və 29-da keçiriləcək.