"Qarabağ" "Boka Xuniors"un qapıçısına təklif göndərib

Futbol 07.08.2019 13:51
"Qarabağ" "Boka Xuniors"un qapıçısına təklif göndərib
452 Dəfə oxunub
“Qarabağ” qapıçı axtarışlarını davam etdirir. “TNT Sports”un verdiyi xəbərə görə, Ağdam təmsilçisi daha bir qolkiperə təklif göndərib.

Söhbət “Boka Xuniors”un üzvü Markos Diasdan gedir. Bildirilir ki, "Qarabağ" 33 yaşlı argentinalının xidmətində maraqlıdır. “Boka Xuniors”a bu ilin əvvəlində keçməsinə baxmayaraq, əsas heyətə düşə bilməyən 33 yaşlı Diasın da bu keçidə müsbət yanaşdığı bildirilir.

Markos Diasın "Boka Xuniors"la müqavilə müddəti gələn ilin yayına qədərdi.

Qeyd edək ki, hazırda “Qarabağ”ın əsas qapıçısı braziliyalı Vaqner da Silvadır. İkinci qapıçısı isə Şahrudin Məhəmmədəliyevdir.