APOEL baş məşqçisini istefaya göndərdi

Futbol 08.08.2019 13:52
APOEL baş məşqçisini istefaya göndərdi
744 Dəfə oxunub
APOEL baş məşqçisi Paolo Trametsanini istefaya göndərib. İtaliyalı mütəxəssislə müqavilə qarşılıqlı razılaşma əsasında ləğv edilib.

Kipr mətbuatı istefaya səbəb kimi komandanın Çempionlar Liqasının üçüncü təsnifat mərhələsində "Qarabağ"a evdə 1:2 uduzmasını göstərib.

P.Trametsani 2018-ci ildən APOEL-i çalışdırırdı.

“Qarabağ”la Bakıda avqustun 13-də keçiriləcək cavab matçına kimi komandanın baş məşqçisi vəzifəsinə almaniyalı Tomas Dollun təyin ediləcəyi gözlənilir.