“Qarabağ”ın oyunu almanlara tapşırıldı

Futbol 10.08.2019 13:53
“Qarabağ”ın oyunu almanlara tapşırıldı
295 Dəfə oxunub
“Qarabağ”ın UEFA Çempionlar Liqasının III təsnifat mərhələsi çərçivəsində Kiprin APOEL klubuna qarşı keçirəcəyi cavab oyununa hakim təyinatları açıqlanıb. Qarşılaşmanı Almaniyadan olan hakimlər briqdası idarə edəcək.

Matçın baş hakimi 35 yaşlı Daniel Sibert olacaq. Ona yan xətt hakimləri Yan Seydel və Lasse Koslovski köməklik edəcək. Dördüncü hakim funksiyasını Martin Petersen yerinə yetirəcək.

Qeyd edək ki, avqustun 13-də Tofiq Bəhramov adına Respublika stadionunda keçiriləcək "Qarabağ" – APOEL oyununa saat 20:30-da start veriləcək. Matç "CBC Sport"la canlı yayımlanacaq.

Bu komandalar arasında Kiprdə keçirilən ilk oyunda Ağdam klubu 2:1 hesabı ilə qalib gəlib.