Falkaodan “Qalatasaray”la bağlı ilk açıqlama

Futbol 10.08.2019 14:03
Falkaodan “Qalatasaray”la bağlı ilk açıqlama
662 Dəfə oxunub
"Qalatasaray" klubu Fransanın "Monako" komandasında çıxış edən Radamel Falkaonun keçidini həll edib.

"TRT Spor"un verdiyi xəbərə görə, 33 yaşlı hücumçunun transferi üçün klubu ilə razılıq əldə olunub. Kolumbiyalı forvadın avqustun 12-də İstanbula gedəcəyi bildirilib.

Radamel Falkao “FOX Sport”a açıqlamasında deyib: “Qalatasaray”da oynamaq karyeramın hazırkı dönəmində həyacanverici olar. Türkiyədə futbola böyük maraq var. Bu da futbolçuları motivasiya edən faktdır. “Monako”da məşqlərdə iştirak etdiyimdən hadisələrdən kənar durmağa çalışdım. Ümid edirəm, transfer ən qısa zamanda rəsmiləşəcək”.

Qeyd edək ki, Radamel Falkao karyerası ərzində İngiltərənin "Çelsi", "Mançester Yunayted" və İspaniyanın "Atletiko" komandasının da formasını geyinib.